"Neftçi" "Turan Tovuz"a uduzdu, "Zirə" "Kəpəz"lə bərabərə qaldı

"Neftçi" "Turan Tovuz"a uduzdu, "Zirə" "Kəpəz"lə bərabərə qaldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü turun görüşləri keçirilir.

"Mediasport" xəbər verir ki, üçüncü oyun günündə də iki qarşılaşma baş tutub.

"Zirə" evdə 1 xala qane olubsa, "Neftçi" doğma meydandan məğlub ayrılıb.

Tura sabah yekun vurulacaq.

Xatırladaq ki, turun əvvəlki görüşündə "Karvan-Yevlax" "Sumqayıt"la (1:1), "Şamaxı" "İmişli" (0:0) ilə bərabərə qalıb, "Qarabağ" "Araz-Naxçıvan"ı məğlub (6:0) edib.


Azərbaycan Premyer Liqası. 23-cü tur


“Zirə” – “Kəpəz” 2:2

Qollar: Eren Aydın, 5; Ruan Renato, 90+7 - Rauf Hüseynli, 32; Dioqo Verdaska, 51.

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov

VAR: Elvin Bayramov

AVAR: Cavid Cəlilov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: İlham Əliyev

Zirə İdman Kompleksinin stadionu, 18:30


“Neftçi” – “Turan Tovuz” 0:1

Qol: Joarlem Batista, 56.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə

VAR: Elçin Məsiyev

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Anar Salmanov 

AFFA nümayəndəsi: Erkin Hüseynov

“Palms Sports Arena”, 20:30