Türkiyə millisi növbəti dəfə darmadağınla qələbə qazandı

Futbol üzrə DÇ-2026-nın seçmə qrup mərhələsində növbəti oyunlar keçirilib.
"Mediasport" xəbər verir ki, Avropa zonası üzrə 4 qrupda 8 görüş baş tutub.
Türkiyə milli komandası doğma meydanda Gürcüstan yığmasına böyük hesabla qalib gəlib.
DÇ-2026. Avropa zonası. Seçmə mərhələ
E qrupu
İspaniya - Bolqarıstan 4:0
Türkiyə - Gürcüstan 4:1
Xal durumu: İspaniya - 12, Türkiyə - 9, Gürcüstan - 3, Bolqarıstan - 0.
F qrupu
Portuqaliya - Macarıstan 2:2
İrlandiya - Ermənistan 1:0
Xal durumu: Portuqaliya - 10, Macarıstan - 5, İrlandiya - 4, Ermənistan - 3.
I qrupu
Estoniya - Moldova 1:1
İtaliya - İsrail 3:0
Xal durumu: Norveç - 18 (6 oyuna), İtaliya - 15 (6), İsrail - 9 (7), Estoniya - 4 (7), Moldova - 1 (6).
K qrupu
Latviya - İngiltərə 0:5
Andorra - Serbiya 1:3
Xal durumu: İngiltərə - 18 (6 oyuna), Albaniya - 11 (6), Serbiya - 10 (6), Latviya - 5 (7), Andorra - 1 (7).