Portuqaliya qrup 2-cisi oldu, Argentina pley-offa lider çıxdı

Portuqaliya qrup 2-cisi oldu, Argentina pley-offa lider çıxdı

ABŞ, Kanada və Meksikanın birgə keçirdiyi futbol üzrə 23-cü dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, J, K və L qruplarında pley-offa vəsiqə qazanan milli komandaların adları müəyyənləşib.

J qrupunda Argentina, Avstriya və Əlcəzair növbəti mərhələyə yüksəliblər.

K qrupunda Kolumbiya, Portuqaliya və Konqo Demokratik Respublikası növbəti raunda vəsiqə qazanıblar.

L qrupunda İngiltərə, Xorvatiya və Qana DÇ-2026-da yoluna davam edir.

DÇ-2026. 3-cü tur

L qrupu

Xorvatiya - Qana 2:1

Panama - İngiltərə 0:2

Xal durumu: İngiltərə - 7 xal, Xorvatiya - 6 xal, Qana - 4 xal, Panama - 0 xal

K qrupu

Kolumbiya - Portuqaliya 0:0

Konqo Demokratik Respublikası - Özbəkistan 3:1

Xal durumu: Kolumbiya - 7 xal, Portuqaliya - 5 xal, Konqo Demokratik Respublikası - 3 xal, Özbəkistan - 0 xal

J qrupu

Əlcəzair - Avstriya 3:3

İordaniya - Argentina 1:3

Xal durumu: Argentina - 9 xal, Avstriya - 4 xal, Əlcəzair - 4 xal, İordaniya - 0 xal