Dünya çempionatında yarımfinal: İlk finalçı bu axşam məlum olacaq

Dünya çempionatında yarımfinal: İlk finalçı bu axşam məlum olacaq

ABŞ-nin ev sahibliyi etdiyi futbol üzrə klublararası dünya çempionatında ilk finalçı bu axşam müəyyənləşəcək.

"Mediasport" xəbər verir ki, ilk dəfə 32 komandanın iştirakı keçirilən mundialın birinci yarımfinal matçı Cənubi Amerika və Avropa klubları arasında baş tutacaq.

Finalın digər iştirakçısı sabah məlum olacaq.

Yarış iyulun 13-də başa çatdırılacaq.


Klublararası dünya çempionatı. Yarımfinal


8 iyul

23:00 "Fluminense" (Braziliya) - "Çelsi" (İngiltərə)

Baş hakim: Fransua Leteksye (Fransa)


9 iyul

23:00 PSJ (Fransa) - "Real" Madrid (İspaniya)

Baş hakim: Şimon Marçinyak (Polşa)