"Sabah"ın ÇL-in pley-offunda mümkün rəqibi müəyyənləşir

"Sabah"ın ÇL-in pley-offunda mümkün rəqibi müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

"Mediasport" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı avxtilə saat 14:00-da başlanacaq.

Mərasimdə Azərbaycan çempionu "Sabah"ın da potensial rəqibi müəyyənləşəcək.

Turnirin pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri 25-26-da keçiriləcək.

“Sabah”ın potensial rəqibləri:

“Hapoel” (Beer-Şeva, İsrail) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Kauno Jalgiris” (Litva) cütünün qalibi

“Seltik” (Şotlandiya)

“Myallbü” (İsveç) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi

AEK (Afina, Yunanıstan)