UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atıldı

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atıldı

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin bütün cütləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilib.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları fevralın 17-18-i və 24-25-də keçiriləcək.

Fevralın 27-də 1/8 final, 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılacaq.

10-11 və 17-18 martda 1/8 final, 7-8 və 14-15 apreldə isə 1/4 final oyunları keçiriləcək.

Yarımfinal qarşılaşmaları 28-29 aprel və 5-6 mayda baş tutacaq.


UEFA Çempionlar Liqası. Pley-off mərhələsi


"Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə)

"Monako" (Fransa) - PSJ (Fransa)

"Qalatasaray" (Türkiyə) -"Yuventus" (İtaliya)

"Benfika" (Portuqaliya) - "Real" (İspaniya)

"Budö-Qlimt" (Norveç) - "İnter" (İtaliya)

"Olimpiakos" (Yunanıstan) - "Bayer" (Almaniya)

"Brügge" (Belçika) - "Atletiko" (İspaniya)

"Borussiya" D. (Almaniya) - "Atalanta" (İtaliya)