PSJ İtaliyada "Tottenhem"lə qarşılaşır - UEFA Superkuboku

Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək.
"Mediasport" xəbər verir ki, Çempionlar Liqasının qalibi PSJ ilə Avropa Liqası kuboku başı üzərinə qaldıran "Tottenhem" üz-üzə gələcək.
Görüş Udine şəhərindəki (İtaliya) "Friuli" stadionunda oynanılacaq.
Qarşılaşmanın baş hakimi portuqaliyalı Joau Pedru Silva Pineyru olacaq.
Azərbaycanlı FİFA hakimi Elçin Məsiyev dördüncü hakim funksiyasını yerinə yetirəcək.
23:00-da start götürəcək oyun "CBC Sport" vasitəsilə canlı yayımlanacaq.