Qvardiolanın gedəcəyi təsdiqləndi

Qvardiolanın gedəcəyi təsdiqləndi

Pep Qvardiola 2025/2026 mövsümünün sonunda "Mançester Siti"dən ayrılacaq.

"Mediasport" xəbər verir ki, bu barədə "şəhərlilər"in rəsmi saytı məlumat paylaşıb.

55 yaşlı mütəxəssis 2016-cı ildən Premyer Liqa klubunun baş məşqçi vəzifəsini icra edir.

Bu müddətdə o, 6 dəfə İngiltərə çempionatının, 5 dəfə Liqa Kubokunun, 3 dəfə İngiltərə Kubokunun, 3 dəfə Federasiya Kubokunun, 1 dəfə UEFA Çempionlar Liqasının, 1 dəfə UEFA Superkubokunun, 1 dəfə isə FİFA Klublararası Dünya Çempionatının qalibi olub.