Alim Nəbiyev MMA-da ilk döyüşündə nokautla qalib gəldi

Alim Nəbiyev MMA-da ilk döyüşündə nokautla qalib gəldi

Azərbaycanın tanınmış kikboksçusu Alim Nəbiyev MMA-da ilk döyüşünü uğurla keçirib.

"Mediasport" xəbər verir ki, yeddiqat dünya, üçqat Avropa çempionu Bakıda baş tutan dueldə iranlı Nezhad Vahidlə qarşılaşıb.

İdmançımız döyüşün taleyini birinci nokautla hissədə həll edib.

Xatırladaq ki, Nəbiyev oktyabrın 25-də Batumidə "Grand Bellagio" turnirində rinqə çıxacaq.