Fərid Qayıbov UFC-də döyüşəcək Azərbaycan idmançıları ilə görüşüb

Fərid Qayıbov UFC-də döyüşəcək Azərbaycan idmançıları ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçiriləcək UFC gecəsində döyüşəcək Azərbaycan idmançıları – Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayevi qəbul edib.

"Mediasport" xəbər verir ki, nazir iyunun 21-də keçiriləcək döyüşlərdə onlara uğurlar arzulayıb.

İdmançılar isə öz növbəsində yarışa hazırlıqları barədə məlumat veriblər.

Qeyd edək ki, iyunun 21-də Azərbaycanda ilk dəfə UFC döyüş gecəsi keçiriləcək.

Tədbirdə ölkəmizi 3 idmançı - Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev təmsil edəcəklər. Bu həm də T.Musayevin UFC-də debütü olacaq.