İlahə Qədimova Qazinatepdə Baş Assambleyada iştirak etdi

İlahə Qədimova Qazinatepdə Baş Assambleyada iştirak etdi

Türkiyənin Qaziantep şəhərində Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının Baş Assambleyası keçirilib.

"Mediasport" xəbər verir ki, iclasda Qaziantepdə türkdilli ölkələr arasında baş tutan şahmat üzrə 16 yaşlılar arasında komanda yarışının təşkilatçılığı yüksək qiymətləndirilib.

Toplantıda növbəti illərdə qarşılıqlı əməkdaşlığı genişləndirmək istiqamətində təkliflər səsləndirilib və müzakirə olunub.

Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının üzv federasiyaları növbəti illərdə aktiv fəalliyyət üçün geniş proqramın təsdiq olunacağını bildirib.

Qeyd edək ki, Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının iclasında ölkəmizi Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova təmsil edib.

İ.Qədimova eyni zamanda Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının baş katibi vəzifəsində çalışır.