Azərbaycan Premyer Liqasında yeni mövsümün sponsoru açıqlandı
Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Misli” brendi ilə Peşəkar Futbol Liqası (PFL) arasında Azərbaycan Premyer Liqasının titul sponsorluğuna dair müqavilənin müddəti uzadılıb.
"Mediasport" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Razılığa əsasən, “Misli” 2026/2027-ci illər mövsümündə də Azərbaycan Premyer Liqasının əsas sponsoru olacaq və ölkə çempionatı “Misli Premyer Liqası” adlanacaq.
Tərəflər arasında əməkdaşlıq artıq beşinci mövsümdür davam edir.
Şirkət həmçinin kişilərdən ibarət A milli futbol komandasının rəsmi sponsorudur.
Qeyd edək ki, Premyer Liqada 2026/2027-ci illər mövsümü avqustun 14-də start götürəcək.


