Polşa mətbuatı "Qarabağ"da olan həmyerliləri haqda nə yazdılar?

Polşa mətbuatı “Qarabağ”ın qapıçısı Mateuş Koxalskidən yazıb.
"Mediasport" xəbər verir ki, həmkarlarımız həmyerlilərinin legioner həyatı yaşadığı ilk mövsümdə çempion olmasını qolkiper üçün böyük üstünlük hesab ediblər.
Qeyd olunub ki, "Legiya"nın yetirməsi Ağdam klubunun heyətində çempionluq yaşadığı üçün sevinməlidir:
"Koxalski "Qarabağ"ın çempionluğunda pay sahiblərindən biridir. Debüt mövsümündə çempionluq tituluna yiyələndi. Fikrimizcə, çempionatın həlledici matçlarında komandasının vacib fiqurlarından biri oldu. Təsadüfi deyil ki, meydana çıxdığı 14 oyunun 8-də qol buraxmadı".
Qeyd edək ki, növbəti Azərbaycan çempionluğunu 32-ci turun "Sabah"la görüşündə rəsmiləşdirən "Qarabağ" Koxalski ilə ötən yay 3+1 illik müqavilə bağlayıb. O, Polşanın "Stal" klubundan gəlib.