XXVII Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi - FOTOLAR

XXVII Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi - FOTOLAR

AFFA-nın dəstəyi və Azərbaycan Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə həvəskar futbolçular arasında keçirilən XXVII Azərbaycan birinciliyinin qalibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, XXVII ölkə birinciliyində üçüncü yer uğrunda qarşılaşmada "Ağsu" FK və Bərdənin “Pambıqçı” komandası üz-üzə gəlib.

Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında 4:2 hesabı ilə qalib gələn "Ağsu" FK XXVII ölkə birinciliyinin bürünc mükafatçısı olub.

Final qarşılaşmasında isə Cəlilabadın “Zəfər-44” komandası ilə "Ağcabədi" FK komandası qarşılaşıb. Görüş "Ağcabədi" FK-nın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, "Ağcabədi" FK XXVII ölkə birinciliyinin qalibi, “Zəfər-44” komandası isə ikinci yerin sahibi olub.