Yalnız və yalnız öz "Sabah"larını düşünənlərin süni piarının süqutu

Manşet şəklinə izah verəcəyik. Bir qədər sonra.
Xəbərə diqqət:
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən mayın 11-dək təlim-məşq toplanışı keçəcək.
U-16 Milli Komandaların Təlim Məşq Mərkəzindəki hazırlıq çərçivəsində iki yoxlama görüşündə qüvvəsini sınayacaq.
Millmiz mayın 9-da və 11-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Binə stadionunda keçiriləcək hər iki matçın saat 16:00-da başlanması planlaşdırılır.
“Neftçi”nin futbolçuları mayın 7-də - çempionat oyunundan sonra milliyə qoşulacaqlar.
Bu, AFFA-nın dünən yayımladığı məlumatdır. Qəribə olan odur ki, 22 futbolçunun çağırıldığı milli komandada - Azərbaycanın sabahı ola biləcək yığmada "Sabah"dan heç kimə rast gəlmədik.
"Sabah bizik" şüarının yalançı, özünüreklam kampaniyası olmasına dair dəfələrlə real mənzərələr, faktlar üzə çıxarılıb, çıxarmışıq.
Lakin budəfəki nöqtə sloqanın artıq süqut anıdır. "Sabah" rəhbərliyinin yeganə məqsədi əsasda olduğu kimi, akademiya komandaları ilə də yalnız və yalnız ölkədə heç kimə lazım olmayan nəticələr qazanmaq və bundan süni reklamlar üçün istifadə etmək deyilsə, U-16-nın dünən təlim-məşq toplanışı üçün açıqlanan heyətinə yenidən nəzərə salın.
AFFA-nın keçirdiyi aşağı yaş qrupları üzrə liqalarda nəticə qazanmağı (bu nəticələrin heç bir faydası, qazancı, mənası, perspektivi yoxdur) qarşısına hədəf qoyan akademiyanın və rəhbərliyin Azərbaycan futbolunun inkişafına çalışmasından danışması qədər absurd, həyasızlıq ola bilməz!
14-15-16 yaşlı uşaqların məqşçilərinə lazımsız liqalarda nəticə əldə etməyi məqsəd kimi seçməyin özü riyakarlığın bariz nümunəsidir. Uzun-uzadı şərhə gərək var, məgər?!
Qayıdaq manşet şəklinə - bu şəkil söhbətini açdığımız məqamların əyani sübutudur, no comment!
1. Lotereya şirkətinin azyaşlılar arasında təbliğatının Qanunla qadağan olunduğu ölkədə həmin bu kampaniyanı arxasına alan "Sabah" rayonları gəzərək gələcəyin futbolçularını seçir, seleksiya aparır, guya...
2. Məktəbli uşaqlar arasında təbliğatı Qanunla qadağan edilmiş lotereya-mərc şirkətinin sponsorluğu ilə gələcəyin futbolçularını seçən akademiya ölkənin milli komandasına futbolçu buraxmır...
Əsl həqiqətin nədən ibarət olduğunu izah etməyə gərək var?
Vallahi, ikiüzlülük, abırsızlıqdır bu!
Milyon kərə təəssüf ki, bu gün Azərbaycan futbolu, ölkənin futbol federasiyasının qeyri-rəsmi idarəçiliyi məhz belə təfəkkür sahiblərinin ixtiyarındadır.
Mediasport.com.az