Yamal üçün yubiley matçı oldu - Kilian Mbappeni geridə qoydu

 Yamal üçün yubiley matçı oldu - Kilian Mbappeni geridə qoydu

UEFA Çempionlar Liqasının "İnter"lə ilk yarımfinal oyunu "Barselona"nın vingeri Lamin Yamal üçün əlamətdar olub.

"Mediasport" xəbər verir ki, iyulda 18 yaşı tamam olacaq superistedad əsas komandada 100-cü matçına çıxıb.

Bu görüşlərdə ümumilikdə 22 qol, 33 məhsuldar ötürmə ilə yadda qalan Avropa çempionu yubiley qarşılaşmasında da adını tabloya yazdırmağı bacarıb.

O, həm də Çempionlar Liqası tarixinə yarımfinalda qol vuran ən gənc futbolçu kimi düşüb. 17 yaş 291 günlükdə fərqlənən ispaniyalı Kilian Mbappeni geridə qoyub.

Xatırladaq ki, gənc ulduz Kataloniya klubunda 2023-cü ilin aprelində debüt edib.