"Arsenal" 22 ildən sonra İngiltərə Premyer Liqasında çempion oldu

"Arsenal" 22 ildən sonra İngiltərə Premyer Liqasında çempion oldu

"Arsenal" 22 ildən sonra İngiltərə Premyer Liqasında çempionluq yaşayıb.

"Mediasport" xəbər verir ki, "topçular"ın qızıl medalları qazanması 37-ci turun "Bornmut" - "Mançester Siti" matçının heç-heçə nəticələnməsilə rəsmiləşib (1:1).

Sona 1 tur qalmış çempionluğu bayram edən Mikel Artetanın komandası 82 xalla Mançester təmsiıçisini 4 xal geridə qoyub.

Xatırladaq ki, London klubu son dəfə 2003/2004 mövsümündə, həm də məğlubiyyətsiz çempion olmuşdu.

Bu, "Arsenal"ın 14-cü çempionluğudur.

Rekord isə "Mançester Yunayted" və "Liverpul"a məxsusdur (20 dəfə).