Afrika Millətlər Kubokunda 4 komanda pley-offa yüksəldi

 Afrika Millətlər Kubokunda 4 komanda pley-offa yüksəldi

Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kubokunda 4 komandanın pley-offa yüksəlməsi rəsmiləşib.

"Mediasport" xəbər verir ki, bu, qrup mərhələsində 3-cü tur görüşlərindən sonra reallaşıb.

B qrupundan Misir, və Cənubi Afrika Respublikası yığması, A qrupundan isə Mərakeş Mali milliləri adlarını növbəti raunda yazdırıblar.

Qeyd edək ki, hər qrupdan ilk iki yeri tutan komanda və ən yaxşı 3-cü yerin sahibi pley-off mərhələsinə vəsiqə qazanır.

Yarış yanvarın 18-də yekunlaşacaq.