Yeni yaradılan millimizin debütü Bosniya və Herseqovinada olacaq

12 yaşadək oğlan reqbiçilərdən ibarət Azərbaycan millisi ilk dəfə beynəlxalq turnirdə iştirak edəcək.
"Mediasport" xəbər verir ki, yeni formalaşan komandamızın debütü gələn ay Bosniya və Herseqovinada baş tutacaq.
Yığmamız Zeniça şəhərində keçiriləcək turnirdə iştirak edəcək. Komandamız mayın 17-də başlanacaq yarışa 14 oyunçu ilə yollanacaq:
Tahir Rəhimov, Cavad İsmayılzadə, Səid Zeynalov, Ömər İbrahimli, İbrahim Mehdisoy (hamısı "EAS Simurq"), İbrahim Əlizadə, Əzim Əlizadə, Tamerlan Aydayev, Vəli Vəlizadə (hamısı "Dünya school"), Əli Qubadzadə, Ziya Oruclu, Hidayət Xəlilzadə, Nadir İsmayılzadə (hamısı "Qarabağ"), İsmayıl Salmanov ("Şamaxı OM").
Qeyd edək ki, millimizin baş məşqçisi Baş məşqçi Eldar Kərimovdur.