Yenidən “FaceOFF” beynəlxalq gimnastika liqasının qalibi oldu
Azərbaycanın idman gimnastı Tofiq Əliyev yenidən “FaceOFF” beynəlxalq gimnastika liqasının qalibi olub.
Gimnastika Federasiyasından "Mediasport"a verilən məlumata görə, idmançı Danimarkanın Herninq şəhərində keçirilən beynəlxalq liqada fərqlənib.
Dünya çempionumuz bununla “FaceOFF”da ötənilki titulunu qoruyub.
