Abşeron Olimpiya Kompleksində Avropa Cüdo Ümidləri Turniri
Bakıda cüdo üzrə daha bir beynəlxalq yarış keçiriləcək.
"Mediasport" xəbər verir ki, paytaxtımız iyulun 25-26-da Avropa Cüdo Ümidləri Turnirinə ev sahibliyi edəcək.
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq yarışda 10 ölkədən 87 klubu təmsil edən 329 cüdoçu (281 oğlan, 48 qız) mübarizə aparacaq.
Turnir Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq və idmançılar U-14 və U-16 yaş kateqoriyaları üzrə qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, iyulun 24-26-da yarış iştirakçıları üçün Kodokan mütəxəssisi, ikiqat Olimpiya mükafatçısı, üçqat dünya çempionu Misato Nakamura və Olimpiya mükafatçısı Mariya Çentrakkionun rəhbərliyi ilə texniki seminarlar təşkil ediləcək.


