Azərbaycanın hesabına ilk qızıl medalı Zelim Tçkayev yazdırdı

Azərbaycanın hesabına ilk qızıl medalı Zelim Tçkayev yazdırdı

Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.

Mediasport.com.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın 11 cüdoçusu mübarizəyə qoşulub.

4 çəki dərəcəsində yarışan idmançılarımız 3 medal qazanıblar.

73 kq-da Rəşid Məmmədəliyev zədə səbəbindən yaponiyalı Tatsuki İşihara ilə final görüşünə çıxa bilməyib və gümüş mükafatla kifayətlənib.

Eyni çəkidə Vüsal Qələndərzadə bürünc medal əldə edib.

81 kq-da Zelim Tçkayev finalda Kanada təmsilçisi Fransua Qotye-Draponu məğlub edərək komandamızın hesabına ilk qızıl medalı yazdırıb.

Qeyd edək ki, millimiz yarışın ilk günündə Əhməd Yusifov (60 kq) və Elşən Əsədovla (66 kq) iki bürünc medal qazanıb.

Yarışa sabah yekun vurulacaq.