Yığmamız Yunanıstanda Avropa çempionatında 6 medal qazandı

 Yığmamız Yunanıstanda Avropa çempionatında 6 medal qazandı

Yunanıstanın Heraklion şəhərində ənənəvi uşu üzrə 8-ci Avropa çempionatı keçirilib.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisi yarışda uğurla çıxış edib.

Komandamız qitə birinciliyində 6 medal qazanıb.

Yeniyetmələr arasında Tunar Rüstəmzadə (42 kq) və Azad Hümbətov (52 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Gənclər arasında Xəyal İbrahimov (52 kq) qızıl, Tunar Kərimli (75 kq) gümüş, Mirhəsən İsmayılzadə (60 kq) bürünc mükafat əldə ediblər.

Böyüklər arasında isə Yusif Azadi (52 kq) gümüş medala yiyələnib.