Azərbaycan Kubokunda 16 komanda mübarizə aparacaq

Azərbaycan Kubokunda 16 komanda mübarizə aparacaq

Futzal üzrə Azərbaycan Kubokunda 16 komanda mübarizə aparacaq.

Bu barədə "Mediasport"a Azərbaycan Futzal Federasiyasından bildirilib.

1/8 final mərhələsindən başlanacaq yarışda PFL, "Araz-Naxçıvan", "Neftçi" İK, "Baku Fire", "Şuşa", U-19, "Lənkəran", "Baku Fire-2", "STAR kargo", "Yeni Suraxanı", "Timsport", "Xan-Lənkəran", "Dəstə Ordubad", "Trabzon Azərbaycan", "Ulduz" və "Atletiko Baku" iştirak edəcəklər.

Hər mərhələ bir görüşdən ibarət olacaq.

Azərbaycan Kubokunun püşkatma mərasimi fevralın 3-də AFFA-nın inzibati binasında keçiriləcək.