"Bakı–Xankəndi" yarışının üçüncü mərhələsinin qalibi müəyyənləşdi
"Bakı-Xankəndi" beynəlxalq velosiped yarışı davam edir.
"Mediasport" xəbər verir ki, budəfəki yarış Qəbələ şəhərindən Mingəçevirə qədər uzanan 162,9 kilometrlik marşrutu əhatə edib.
Qazaxıstanın "Astana" komandasının rusiyalı üzvü Qleb Suritsaya qızıl, belçikalı Dyupon Timotiyə ("Tarteletto-İsorex") gümüş, ekvadorlu Pita Kristian Davidə ("Roojai İnsurance Winspace") bürünc medal qazanıb.
Ümumi mükafat fondu 50 min avrodan artıq olan yarışda dünyanın 20 ölkəsindən 24 komanda mübarizə aparır.
Xatırladaq ki, ilk mərhələdə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko, ikinci raundda isə Qazaxıstanın "Astana" komandasının üzvü Yevgeniy Federov finişə birinci çatmışdı.
