Süleymanov: "Kiçik kollektivlə böyük işlər görməyə çalışırıq"
“İstəyimiz uşaq-gənclər futbolunun inkişafıdır. Yorğunuq, kiçik kollektivlə böyük işlər görməyə çalışırıq".
"Mediasport" xəbər verir ki, bu sözləri Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanov deyib.
Tanınmış futbol funksioneri qurumun təşkilatçılığı ilə “Sabahın Ulduzları” layihəsi çərçivəsində məlumatlandırma sessiyası və imza mərasimində perspektvilə bağlı düşüncələrini paylaşıb:
Sabiq "Neftçi" rəsmisi layihə ilə uşaq futbolunun yeni təməlinin qoyulacağına inandığını bildirib:
"Bizə yaradılan şəraitə görə AFFA-ya, tərəfdaşlarımıza və xüsusilə Sərdar Salmanzadəyə təşəkkür edirəm.
Bakı Futbol Federasiyası və "Sabahın ulduzları" yarışlarının əsas sponsoru "Alpex" şirkəti olacaq.
İnanıram ki, bu gün Azərbaycan futbolunda ən ağrılı sahəsi olan uşaq-gənclər futbolunun yeni təməlini qoyuruq".


