Zahir Cəfərov Rusiyada keçirilən yarışda bürünc medal qazandı

Azərbaycanın xizəkdə tramplindən tullanma üzrə üzvü Zahir Cəfərov Rusiyada keçirilmiş Nijni Novqorod çempionatında uğurla çıxış edib.
Qış İdman Növləri Federasiyasından "Mediasport"a verilən məlumata görə, heyətə yeni cəlb olunan atlet yarışda bürünc medal qazanıb.
Birincilikdə 50 idmançı mübarizə aparıb.