Azərbaycan komandası “Böyük Dəbilqə”ni 3 medalla başa vurdu
Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə yekun vurulub.
"Mediasport" xəbər verir ki, sonuncu yarış günündə Azərbaycan komandası daha iki medal qazanıb.
Yarışa qoşulan yığmamızın üzvləri - Camal Qamzatxanov (+ 100 kq) və Uşangi Kokauri (+100 kq) bürünc mükafat əldə ediblər.
Daha əvvəl turnirdə Rəşid Məmmədəliyev (73 kq) də üçüncü yeri tutmuşdu.
Xatrıladaq ki, millimiz Düşənbəyə 6 cüdoçu (Nizami İmranov (66 kq), Murad Muradlı (60 kq), İslam Rəhimov (66 kq) ilə yollanmışdı.
