ACF tərəfindən Xaçmazda kəmər dərəcələri üzrə imtahan keçiriləcək

  ACF tərəfindən Xaçmazda kəmər dərəcələri üzrə imtahan keçiriləcək

Azərbaycan Cüdo Federasiyanın təşkilatçılığı ilə (ACF) Xaçmazda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

"Mediasport" xəbər verir ki, 10-11 sentyabrda keçiriləcək imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır.

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq.

İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.