"Zenit"in futbolçusu "Sabah"a keçdi

"Zenit"in futbolçusu "Sabah"a keçdi

UEFA Çempionlar Lqiasının Liqa mərhələsində iştirak edəcək "Sabah" heyətini yeni legionerlə gücləndirib.

"Mediasport" xəbər verir ki, Masazır təmsilçisi Rusiyanın “Zenit” futbol klubundan Du Keyrosla anlaşıb.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilib ki, "bayquşlar" braziliyalı yarımmüdafiəçini mövsümün sonunadək icarəyə götürüblər.

26 yaşlı "sambaçı"nın transferinin bugünlərdə açıqlanacağı gözlənilir.

Braziliyanın “Korintians” klubunun yetirməsi 2023-cü ildən “Zenit”də oynayır.

O, icarə əsasında vətənində “Qremio” və “Sport Resifi”, Rusiyada isə “Orenburq”un formasını geyinib.