AFFA rəsmisi ÇL-in “Barselona” - “Bayern” matçına təyinat aldı

 AFFA rəsmisi ÇL-in “Barselona” - “Bayern” matçına təyinat aldı

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

"Mediasport" xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində keçiriləcək “Barselona” (İspaniya) – “Bayern” (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq.

Görüş mayın 3-də Barselona şəhərində yerləşən “Nou Kamp” stadionunda keçiriləcək.