"Zirə" və "Şamaxı"nın sabiq üzvü Qırğızıstanda klubunu dəyişdi

"Zirə" və "Şamaxı"nın sabiq üzvü Qırğızıstanda klubunu dəyişdi

U-21 Azərbaycan millisinin sabiq futbolçusu Ramin Əhmədov karyerasına Qırğızıstanda davam edəcək.

"Mediasport" xəbər verir ki, yarımmüdafiəçi Premyer Liqa klubu "Özkənd"ə keçib.

Premyer Liqa klubu 25 yaşlı oyunçu ilə müqavilə bağladıqlarını açıqlayıb.

Xatırladaq ki, Əhmədov daha əvvəl "Zirə" və "Şamaxı"da forma geyinib.