Mahirin qolu yetərli olmadı, Murad və Zamiq Liqa mərhələsinə keçdi
UEFA Avropa və Konfrans liqalarında pley-off mərhələlərinə yekun vurulub.
"Mediasport" xəbər verir ki, azərbaycanlı futbolçulardan üçünün komandası pley-off görüşlərinə çıxıb.
Zamiq Əliyevin formasını geyindiyi Albaniyanın “Eqnatiya” klubu “Lilleström”ə 1:2 hesabı ilə uduzaraq Konfrans Liqasının Liqa mərhələsinə düşüb.
Zamiq görüşdə meydana 99-cu dəqiqədə daxil olub.
Yığma komandamızın hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Rakuv” klubu doğma meydanda “Hayduk”a (Split) əlavə vaxtda məğlub olaraq (0:1) avrokuboklarla vidalaşıb.
Forvard 120 dəqiqə meydanda olub, 88-ci dəqiqədə komandasının bərabərlik qolunu vurub (2:)
U-21 millimizin üzvü Murad Məmmədovun heyətində yer aldığı "Pafos" isə Konfrans Liqasında “Dinamo Siti” (Albaniya) üzərində əlavə vaxtda qələbə (4:2) qazanaraq adını Liqa mərhələsinə yazdırıb.
Məmmədov zədəli olduğu üçün adı matçın sifariş ərizəsinə salınmayıb.


