AFFA 1-ci Liqaya vəsiqənin taleyini Kamal Umudluya həvalə etdi
Futbol üzrə Azərbaycan 1-ci Liqasında çıxış etmək üçün pley-off oynayacaq "Şimal" və "Qaradağ Lökbatan" komandaları arasında görüşün hakimlər briqadası açıqlanıb.
"Mediasport" xəbər verir ki, matçı FİFA referisi Kamal Umudlu idarə edəcək.
Azərbaycan 1-ci Liqası/2-ci Liqa. Pley-off
27 may (çərşənbə)
"Şimal" - "Qaradağ Lökbatan"
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Şamaxı şəhər stadionu, 16:00


