VİDEO: Mutu "Neftçi"də 1,3 milyon manat maaşa işləyib - AÇIQLAMA

"Həmin vaxt "Neftçi"nin təklifindən imtina etmək çətin olduğu üçün "Rapid"i tərk etmək qərarına gəldim. Verdiyim qərardan peşman deyiləm. Niyə peşman olmalıyam? Bu, "yox" deyə bilməyəcəyim qədər böyük təklif idi".
"Mediasport" xəbər verir ki, bu sözləri Rumıniyanın "Digi Sport" nəşrinə açıqlamasında 2023-24 mövsümündə "Neftçi"nin baş məşqçisi olmuş Adrian Mutu deyib.
Mutu "ağ-qaralar"ı çalışdırmaq üçün paytaxt klubundan 700 min avro (ovaxtkı məzənnə ilə təxminən 1,3 milyon manat) məvacib təklifi aldığını söyləyib.
Hazırda işsiz olan rumın "Neftçi"dən ayrıldıqdan sonra ölkəsinin ÇFR və "Petrolul" klublarında fəaliyyət göstərib.
O, ÇFR-ə baş məşqçi təyin edildikdən 2 ay 10 gün, "Petrolul"u təyinat aldıqdan sonra isə 3 aydan daha qısa müddətdə istefaya göndərilib.