Millimiz UEFA İnkişaf Turnirində Estoniya seçməsinə məğlub oldu

 Millimiz UEFA İnkişaf Turnirində Estoniya seçməsinə məğlub oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişinyovda təşkil olunan UEFA İnkişaf Turnirində sonuncu oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv Estoniyanın müvafiq yaş qrupundan ibarət futbolçuları ilə üz-üzə gəlib.

Görüş rəqibin qələbəsi ilə başa çatıb - 2:1.

Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən matçda yeganə qolumuzu 90-cı dəqiqədə Nicat Kərimov vurub.

U-17-də start heyətdə Nurəziz Əzizov, İsmayıl Səfərli, Rəşad Gülüşov, Səttar Tahirzadə (k), Nihad Cəfərzadə, Pünhan Kərimov,  Nihad Hüseynzadə, Onur Əliyev, Ramin Abıyev, Amin Rzayev, və Kamil Həsənov forma geyinib.

Qeyd edək ki, yığmamız turnir çərçivəsində daha əvvəl Moldovaya (0:1) uduzub, Gürcüstana (1:0) qalib gəlib.