11 min kilometr məsafəni qət etdikdən sonra Bakıya çatdılar

11 min kilometr məsafəni qət etdikdən sonra Bakıya çatdılar

Martın 22-də Sumqayıtda Azərbaycan milli komandası ilə yoldaşlıq görüşündə qarşılaşacaq Haiti yığması ölkəmizə daha erkən səfər edib.

"Mediasport" xəbər verir ki, 11 min 105 km məsafəni qət edən adalılar Bakıya dünən gecə saatlarında çatıblar.

Sebastyan Minyenin baş məşqçisi olduğu komanda matçın hazırlığına bu gün başlayacaqlar.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq qarşılaşma 21:45-də start götürəcək.