Cəmi 13 min əhalisi olan 119 yaşlı klub ilk dəfə Bundesliqaya çıxdı
1 əsrdən çox tarixi olan Almaniyanın “Elversberq” klubu ilk dəfə Bundesliqaya yüksəlib.
"Mediasport" xəbər verir ki, əsası 119 il əvvəl qoyulmuş komanda 2-ci Bundesliqada mövsümü ikinci sırada başa vurub.
Almaniyalı Vinsent Vaqnerin baş məşqçisi olduğu kollektiv 62 xalla yalnız çempion "Şalke"dən geri qalıb.
Cəmi 13 min əhalisi olan Şpizen-Elversberq şəhərinin təmsilçisi Bundesliqa tarixinə elitaya yüksələn ən kiçik yaşayış məntəqəsinin komandası kimi düşüb.


