Poqba Türkiyədə oynaya bilər

 Poqba Türkiyədə oynaya bilər

Fransa millisinin sabiq futbolçusu Pol Poqba karyerasını Türkiyədə davam etdirə bilər.

"Mediasport" xəbər verir ki, 33 yaşlı dünya çempionu ilə Superliqa təmsilçisi “Kocaelispor” maraqlanır.

Türkiyə klubunun yarımmüdafiəçi ilə bugünlərdə rəsmi danışıqlara başlayacağı gözlənilir. 

Xatırladaq ki, Poqba son olaraq ölkəsində “Monako”da çıxış edib.

O, DÇ-2018-in qalibidir.