Demiralın komandası ardıcıl 2-ci dəfə Çempionlar Liqasını qazandı

Demiralın komandası ardıcıl 2-ci dəfə Çempionlar Liqasını qazandı

Asiya Çempionlar Liqasının qalibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl Əhli" komandası ardıcıl ikinci dəfə turnirin qalibi olub.

37 yaşlı alman mütəxəssis Matias Yaisslenin baş məşqçisi olduğu kollektiv finalda Yaponiyanın "Maçida" komandasını məğlub edib - 1:0.

Yeganə qolu 96-cı dəqiqədə Firas Əl Buraykan vurub.

Ərəblərin heyətində ardıcıl ikinci dəfə bu kuboku qazanan Merih Demiral ilk türk futbolçu kimi tarixə düşüb.