Çempionlar Liqasında fərqlənən Kristiano Ronaldodan 934-cü qol

Çempionlar Liqasında fərqlənən Kristiano Ronaldodan 934-cü qol

Dünya futbolunun canlı əfsanəsi Kristiano Ronaldo peşəkar karyerasında 934-cü qolunu vurub.

"Mediasport" xəbər verir ki, 40 yaşlı portuqaliyalı ulduz bu dəfə Asiya Çempinlar Liqasında adını tabloya yazdırıb.

Karyerasını Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunda davam etdirən forvard pley-off mərhələsində Yaponiyanın "Yokohama Marinos" komandasının qapısına yol tapıb.

Cari mövsüm Asiya Çempionlar Liqasında 8-ci dəfə fərqlənən hücumçunun komandası yarımfinalda "Kavasaki Frontale" (Yaponiya) - "Əl Sədd" (Qətər) görüşünün qalibi ilə qarşılaşacaq.