Gözəl Zutova bu dəfə 41 yaşında dünya çempionu adını qazandı
Azərbaycanın kəmər güləşi idmançısı Gözəl Zutova Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən belboğlı kuraş üzrə dünya çempionatında uğurla çıxış edib.
"Mediasport" xəbər verir ki, +76 kq çəki dərəcəsində yarışan təmsilçimiz bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Xatırladaq ki, 41 yaşlı keçmiş cüdoçu kəmər güləşində həm klassik, həm də sərbəst versiyada dünya çempionu olub.


