Portuqaliya millisi ilk oyununa çıxır, İngiltərə yığması Xorvatiyaya qarşı
Futbol üzrə dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, bu gün axşam daha 2 qarşılaşma keçiriləcək.
Portuqaliya millisi Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.
Gecənin maraqla gözlənilən matçında İngiltərə millisi Xorvatiya yığması ilə üz-üzə gələcək.
Turun digər oyunları gecə yarısı və səhər saatlarında baş tutacaq.
Qana "Turan Tovuz"un futbolçusu Roderik Millerin də heyətində yer aldığı Panama futbolçuları ilə qarşılaşacaq.
Tarixində ilk dəfə Dünya Kubokunun final mərhələsinə vəsiqə qazanan Özbəkistanın isə ilk rəqibi Kolumbiya olacaq.
DÇ-2026. 1-ci tur
17 iyun
21:00 Portuqaliya - Konqo Demokratik Respublikası
00:00 İngiltərə - Xorvatiya
18 iyun
03:00 Qana - Panama
06:00 Özbəkistan - Kolumbiya


