"Bizə bu yolla problem yaratmağa çalışacaqlar" - Siyasət Əsgərov
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov sabah "FIFA Tri Nations Womens Football Series 2025" turniri çərçivəsində görüşəcəkləri Banqladeş millisi ilə qarşılaşma haqda danışıb.
"Mediasport" xəbər verir ki, mütəxəssis bu barədə fikirlərini yerli mətbuatla bölüşüb.
O, komandaların şansları dəyərləndirib:
"Banqladeşdə olmaqdan çox məmnunuq. Sabahkı rəqibimizin Malayziya ilə ilk oyununu izləmişdik. Fikrimcə, Banqladeş yığması daha yaxşı çıxış etmişdi.
Əllərinə düşən şansları dəyərləndirə bilsəydilər, ən azı heç-heçə edərdilər.
Banqladeşlə Malayziya komandalarının oyun planı, demək olar ki, eynidir. Banqladeş millisinin üstün və zəif cəhətlərini bilirik. Hücum xəttində sürətli futbolçuları var.
Bizimlə matçda sürətli əks-hücumlara üstünlük veəcəklərini gözləyirik. Bizə bu yolla problem yaratmağa çalışacaqlar.
Ümid edirəm ki, hər iki komanda matçı izləməyə gələn azarkeşlərə baxımlı oyun nümayiş etdirə biləcək".
Qeyd edək ki, millimiz yarış çərçivəsində iki gün əvvəl Malayziyanı 2:0 hesabı ilə məğlub edib.
