Əliyevin komandası Avroliqada İrlandiya səfərində uduzdu - VİDEO

 Əliyevin komandası Avroliqada İrlandiya səfərində uduzdu - VİDEO

Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi Albaniyanın “Eqnatiya” klubu UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyununu keçirib.

"Mediasport" xəbər verir ki, müdafiəçinin komandası İrlandiyada "Şemrok"la qarşılaşıb.

Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Əliyev 69 dəqiqə meydanda olub.