2025-ci ildə beynəlxalq oyunlarda ən çox qol vuranlar müəyyənləşdi
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) 2025-ci ildə beynəlxalq oyunlarda ən çox qol vurmuş futbolçuların adlarını açıqlayıb.
"Mediasport" xəbər verir ki, sıralamanın lideri İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Haalanddır.
Norveç yığmasının hücumçusu ili 29 qolla başa vurub. 25 yaşlı forvard "şəhərlilər"in heyətində 12, millidə 17 qolla yadda qalıb.
Almaniyanın "Bayern" klubunda forma geyinən ingiltərəli Harri Keyn 23 qolla ikinci, İspaniyanın "Real" komandasının fransalı üzvü Kilian Mbappe isə 22 qolla üçüncü olub.
