4 dəfə ölkə çempionu olmuş 115 yaşlı klub fəaliyyətini dayandırdı
23 mövsüm İtaliya A Seriyasında çıxış etmiş “Breşia” komandası rəsmən fəaliyyətini dayandırıb.
"Mediasport" xəbər verir ki, Breşia Məhkəməsi 115 illik tarixi olan klub haqda ləğvetmə proseduruna başlanılması barədə qərar qəbul edib.
Səbəb "ağ-mavilər"in maliyyə öhdəliklərini yerinə yetirə bilməməsi olub.
2025-ci ildə peşəkar yarışlardan kənarlaşdırılan klubun rəhbərliyinin məhkəməyə maliyyə bərpası ilə bağlı müraciəti qəbul olunmayıb.
"Breşia"nın borclarının 50 milyon avrodan çox olduğu bildirilir.
Xatırladaq ki, klub 1964–65, 1991–92, 1996–97 və 2018–19 mövsümlərində İtaliyanın səviyyəcə 2-ci liqası - B Seriyasının qalibi olub.


