UEFA Superkubokunun qalibi bilinəcək: PSJ "Aston Villa"ya qarşı

UEFA Superkubokunun qalibi bilinəcək: PSJ "Aston Villa"ya qarşı

Bu axşam UEFA Superkuboku uğrunda görüş keçiriləcək.

"Mediasport" xəbər verir ki, Çempionlar Liqasının son qalibi PSJ Avstriyada reallaşacaq dueldə Avropa Liqasının qalibi "Aston Villa" ilə qarşılaşacaq.

Fransa nəhəngi tarixində üçüncü dəfə UEFA Superkuboku uğrunda mübarizə aparacaq. Superkubokun son qalibi ötən mövsüm məhz parislilər olublar.

“Aston Villa” isə UEFA Superkubokunu 1982-ci ildə qazanıb.

Qeyd edək ki, Zalsburq şəhərində yerləşən “Red Bull Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.