65-ci saniyədə qol vuran paraqvaylı futbolçu ən yaxşı seçildi - DÇ-2026

65-ci saniyədə qol vuran paraqvaylı futbolçu ən yaxşı seçildi - DÇ-2026

Dünya çempionatının 2-ci turunun C və D qruplarında keçirilən qarşılaşmaların ən yaxşı futbolçularının adları açıqlanıb.

"Mediasport" xəbər verir ki, ABŞ - Avstraliya matçında (2:0) bu ada Folarin Baloqan layiq görülüb.

Şotlandiya - Mərakeş duelində (0:1) vurulan yeganə qolun müəllifi İsmael Saybari seçilib.

Braziliya - Haiti görüşündə (3:0) bir qol vuran və bir məhsuldar ötürmə edən Vinisius Junior oyunun ən yaxşısı adına sahib çıxıb.

Türkiyə - Paraqvay oyununda (0:1) 65-ci saniyədə mundialın bu oyuna qədərki ən sürətli qolunu vuran Matias Qalarsa mükafatlandırılıb.