Millimiz Fransa, İtaliya və Avstriya yığmaları ilə eyni qrupa düşdü

 Millimiz Fransa, İtaliya və Avstriya yığmaları ilə eyni qrupa düşdü

Minifutbol üzrə Azərbaycan milli komandasının Avropa çempionatının final mərhələsindəki rəqibləri məlum olub.

"Mediasport" xəbər verir ki, püşkatma Slovakiyanın paytaxtı Bratislavada baş tutub.

Birinci səbətdə yer alan yığmamız F qrupuna düşüb.

Burada rəqiblərimiz Fransa, İtaliya və Avstriya milliləri olacaq.

Qeyd edək ki, qitə birinciliyi mayın 27-dən iyunun 4-dək Bratislavada keçiriləcək.